"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin dörd nəfər xanım üzvü “Tərəqqi” medalıyla təltif edilib

--2023-03-18 / 18:12

Belediyye.info xəbər verir ki, Azərbaycan bələdiyyə üzvlərindən dörd nəfəri Prezident sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycan Prezidenti ilham əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ictimai həyatında səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilənlər arasında dörd nəfər xanım bələdiyyə üzvü də var.

Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva, Quba rayonu Qırmızı qəsəbə bələdiyyəsinin sədri Yafo Yedadayeva, Masallı rayonu Boradigah bələdiyyəsinin sədr müavini Nərgiz Məmmədova, Mingəçevir bələdiyyəsinin komissiya sədri ədalət Quliyeva təltif edilənlər sıradındadır.

P.S. Təbrik edirik

Belediyye.info

ŞƏRHLƏR